Frankfurt-Vyetnam reysi üzrə uçan təyyarə Bakıda təcili eniş edib

38ef4b66166508403138232392710941286.jpg

Frankfurt-Vyetnam reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Vietnam Airlines” aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.