“Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq”.
“Qafqazinfo” xarici mətbuata istinadən istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın (parlamentin aşağı palatası) deyib.
Ətraflı
Ad – 00:01
“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verilsə də, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, – deyə o bildirib.
Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.
Qeyd edək ki, fevralın 16-da Makron və Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Bu sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb.

