Fransada 457 etirazçı həbs edildi

1679646699 2023 03 23t192852z 1055102871 rc2ozz9tmfm7 rtrmadp 3 france pensions protests 1024x676.jpg

Fransada pensiya islahatlarına etiraz edən 457 nəfər həbs edilib.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.

Nazir qeyd edib ki, aksiya zamanı 441 polis və jandarm xəsarət alıb.

Qeyd edək ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir. Son günlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayı milyon nəfəri keçib.