Fransada ifrat sağçı siyasətçi Jan-Mari Le Pen vəfat etdi

Whatsapp Image 2025 01 08 At 18.52.53.jpeg

Redaksiya.az xəbər verir ki, Fransada miqrant əleyhinə siyasətləri ilə tanınan ifrat sağçı Milli Cəbhə (FN) partiyasının qurucusu Jan-Mari Le Pen, 96 yaşında vəfat edib.

Le Pen, 1996-cı ildə Yəhudi Soyqırımı zamanı istifadə edilən qaz kameralarını “İkinci Dünya Müharibəsi tarixinin sadəcə bir detalı” adlandırmış və bu sözləri böyük qalmaqala səbəb olmuşdu.

Fransada 2002-ci il prezident seçkilərində ikinci tura qədər irəliləmiş, lakin seçkiləri Jak Şiraka uduzmuşdu.

Le Pen, 2011-ci ildə partiya lideri seçilən qızı Marin Le Pen ilə yaşadığı fikir ayrılıqları ilə gündəmə gəlmişdi.

Qızının onun soyadını daşımasından utandığını bildirən Le Pen, “Ümid edirəm ki, ən qısa zamanda ərə gedib soyadını dəyişər” demişdi.

Sevinc Kərimova