Fransada qıtlıq təhlükəsi

146f7dd4165880904995004619310527268.jpg

İyun ayında Fransa sakinləri xardalın bütün ehtiyatlarını satın alıblar. Buna səbəb isə sözügedən məhsul üzrə qıtlığın ola biləcəyi ehtimalıdır.

Bunu “E.Leclerc” Fransa supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerk deyib.

O, “France Info”nun efirində fransızların dekabr ayına kimi hesablanmış xardal ehtiyatlarını “süpürüb apardığını” bildirib.

Mütəxəssislər bu məhsulun qıtlığını Ukrayna hadisələri, eləcə də Kanadadakı quraqlıqla əlaqələndirirlər. Fransanın üçüncü böyük şəhəri olan Liondakı restoranlar artıq xardalın olmamasından şikayətləniblər.

Eyni zamanda, yaz aylarında ölkədə artıq un və günəbaxan yağında da qıtlıq qeydə alınıb.