Fulya Öztürk Məkkə ziyarətində

InShot 20230718 105619675jpg 1689663431.jpg

Türkiyəli məşhur jurnalist Fulya Öztürk Məkkə ziyarətində olub.

Bu barədə o, sosial şəbəkə paylaşınında bildirib.

Məlumata görə, Fulya Öztürk prezident Rəcəb Tayyib Ərdoğanın heyəti ilə Səudiyyə Ərəbistanına gedib. Məkkəyə gedən Öztürk hisslərini sosial media hesabında paylaşıb:

“Allah mənə də nəsib elədi… Sübh namazını qılmaqla ümrəmi tamamladım. Sübh namazı ilə tamam başqa ab-hava var idi… Bütün təvaf, say, saç kəsimi hamısını etdim. Allah istəyən hər kəsə nəsib etsin. Allaha şükürlər olsun”, – deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, sevilən aparıcı fərqli formatda veriliş təqdim etdikdən sonra yenidən köhnə işinə qayıdıb və müxbir kimi fəaliyyətini davam etdirib.