El Salvadorun paytaxtı San Salvadorda futbol stadionunda yaranan izdiham nəticəsində 12 nəfər ölüb.
Hadisə yerli komandalar arasında keçirilən matçdan sonra baş verib.
Bildirilir ki, stadiona giriş bağlandıqdan sonra çoxlu sayda azarkeş içəri girməyə cəhd edib və bu zaman insident yaranıb.
Ölkə prezidenti Nayib Bukele hadisə ilə əlaqədar hərtərəfli araşdırma başlanıldığını açıqlayıb.

