Füzulidə avtomobilin vurduğu qadının qabırğaları sınıb

Piyadaqezaqadn1.jpg

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Vəliyeva Tərgül Məmməd qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sol tərəfli qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report