Gənc gimnastımız Budapeşt kuboku yarışında üç medal qazanıb

3f67fd97165635977190092237110692810.jpg

Macarıstanın paytaxtı Budapeştdə kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci beynəlxalq kubok yarışı keçirilib.

Avtor.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

Gimnastımız A.Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.