Gəncədə ağır yol qəzası

25048eb6165479682534094544110959225.jpg

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin şərq çıxışında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildiririlir.

Faktla bağlı araşdırma aparılır.