Gəncədə itkin düşən yeniyetmə tapılıb.
Bu barədə itkin düşən 2008-ci il təvəllüdlü Günel Quliyevanın atası Ceyhun Quliyev məlumat verib.
O, qızının qohumlarıgildə olduğunu, artıq evə qayıtdığını deyib. C.Quliyev övladından xəbəri olmadığı üçün polisə müraciət etdiklərini bildirib.





