Gəncədə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb

300d153916687756098712791281093216.jpg

Gəncədə qadın binadan yıxılaraq ölüb.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 12 mərtəbəli yaşayış binasında qeydə alınıb. Təxminən 20-30 yaşlarında olan qadının binanın 10-cu mərtəbəsindən yıxıldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.