General-mayor vəzifəsindən azad edildi – Sərəncam

Ilqarr1

General-mayor İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

Redaksiya xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 50 yaşlı İlqar Abbasov 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.