“Google” Qarabağ şəhərlərinin erməni adlarını SİLDİ

1666166314 1173ff135a1249c5bf701c927742eeb4.webp

“Google – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl adlarından erməni adlandırmasını yığışdırdı”.

Bununla bağlı texnobloger Fərid Pərdəşünas “Facebook” hesabında yazıb.

“Azərbaycandan daxil olan istifadəçilər üçün digər yerləri də ingiliscə göstərsə də, qlobal IP ilə Şuşa, Hadrut, Xankəndi, Əsgəran, Ağdərə kimi ərazilərimiz ikili erməni adları ilə verilir.

Ermənilərin hələ də yaşadıqları hissələr nisbətən başa düşülən olsa da, Hadrut və Şuşanın ikili adla qalması əsassız görünür” – deyə Pərdəşünas qeyd edib. /Bizim.Media/