Göyçayda 4 bal gücündə zəlzələ olub

Zelzele.webp

Göyçayda bir qədər əvvəl baş verən zəlzələnin maqnitudası 4 bal olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 11:03-də İsmayıllı stansiyasından 35 km cənub-qərbdə, Göyçay rayonunda qeydə alınan zəlzələ 16 km dərinlikdə meydana gəlib.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.