Günəş yaxınlığında Yerdən böyük “quş” aşkar edilib

Npmlsvjwvpllxq8ufx7r7yrqxkoigubmo3h0ej3e 1200.webp

Alimlər teleskopdan istifadə edərək Günəşin yaxınlığında təxminən 150 min km-lik, quşa bənzəyən obyekt aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.

Bildirilib ki, obyekt Günəşin səthindən təxminən 2 milyon km aralıda olub.

Məlumata görə, bu “quş” fiziki obyektdir, optik obyekt deyil. O, Yerin ölçüsündən 10 dəfədən çox böyükdür.