Gürcüstan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

523984244 736773369113872 4796768415979845454 n.jpg

Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşmüşlərlə İş, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyinin dövlət nəzarətində olan Sosial Xidmət Agentliyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Qonaqlara Mərkəzin fəaliyyəti, xidmət istiqamətləri barədə ətraflı məlumat verilib.

Mərkəzin direktoru Elnarə Ənsari burada həyata keçirilən təlim prosesi, psixo-pedaqoji dəstək tədbirləri, o cümlədən cəmiyyətdə inklüzivliyin təşviqi istiqamətində görülən işlər barədə danışıb.

Nümayəndə heyəti Mərkəzin müxtəlif təlim studiyalarında yaradılan imkanlarla tanış olub.

Qeyd edilib ki, Mərkəzdə həssas qruplardan olan şəxslərin incəsənət vasitəsilə sosial adaptasiyası dəstəklənir. Mərkəz üzvlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilən əl işləri və digər uğurları diqqətə çatdırılıb.

Nümayəndə heyəti Mərkəzin yaradıcılıq studiyalarında hazırlanmış əl işlərindən ibarət sərgi ilə də tanış olub.

Tədbirin bədii hissəsində təlimçi və benefisiarların ifasında hər iki dövlətin mədəniyyətlərini əks etdirən musiqi nömrələri təqdim olunub.

Gürcüstanın Sosial Xidmət Agentliyinin direktor vəzifəsini icra edən Giorgi Tamazoviç Çanturiya Mərkəzin xatirə kitabında xoş arzularını qeyd edib.