Gürcüstan-Rusiya danışıqları nəticəsiz başa çatdı

1689237834 16892358303455713231 1200x630.jpg

Gürcüstan və Rusiya arasında Cenevrə danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb.

Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlarda destruktiv mövqe nümayiş etdirib.

Qeyd olunub ki, Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.