Gürcüstanda COVID-19-dan ölənlərin sayı 16 338-ə çatıb

29539ed9163533029780425417710984317.jpg

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 033 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 623 672, ölənlərin sayı isə 16 338 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 547 531 nəfərin sağaldığı bildirilib.