Gürcüstanda “Hepatit B”yə qarşı pulsuz dərman veriləcək

Dermannn.jpg

Gürcüstanda sentyabrdan başlayaraq vətəndaşlara “Hepatit B”yə qarşı ödənişsiz dərman veriləcək.

Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Bildirilir ki, ən son məlumata görə, ölkədə 80 min insan bu xəstəlikdən əziyyət çəkir.

İnfeksionist Maya Buçaşvilinin sözlərinə görə, pasiyentlərin pulsuz əldə edəcəkləri dərmanlar bahadır və demək olar ki, yan təsirləri yoxdur.