Gürcüstanda silahlı şəxs banka hücum edib

2b64c2f117164673706908414231052874.jpg

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs “Bank of Georgia”nın filialına soxulub.

Bu barədə “Mtavari Arkhi” məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs pul tələb edib və bank işçilərini hədələyib. O, pul əldə etmədən bankdan çıxıb. Polis cinayətkarı axtarır.