Gürcüstanda son sutkada 2 465 yoluxma halı qeydə alınıb

B4b75896163221606861927537010835807.jpg

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 465 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 605 472, ölənlərin sayı isə 16 163 nəfərə çatıb. Virusa yoluxanlardan 1 504 161 nəfərin sağaldığı bildirilib.