Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən vətəndaşımız saxlanılıb

C19af480165424265054457823610127746.jpg

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən üç nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

Həmin şəxslərin biri 1996-cı il təvəllüdlü Azərbaycan, ikisi isə 1990 və 1989-cu il təvəllüdlü Türkiyə vətəndaşıdır.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Gürcüstan-Türkiyə sərhədinin “Kirnati” hissəsində sərhəd-buraxılış məntəqəsindən yan keçməklə Türkiyəyə daxil olmağa çalışıblar.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 4 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.