Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər – Baş nazir

1679735996 16712783474298830964 1200x630.jpg

Bu gün çox ciddi təhdidlər və müharibə çağırışları mövcuddur.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir bildirib ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. O, avropalı siyasətçiləri sərt tənqid edərək, ölkəsinin yeni müharibə istəmədiyini söyləyib.

“Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz”, – deyə Baş nazir vurğulayıb.