Güzəştli ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ – Tarix AÇIQLANDI

Akw97v6hvx4t2gyztsugehbcjadmaykrpvamvswl.jpg

İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

Avtor.az Fonda istinadən xəbər verir ki, müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən və rəsmi “YouTube” kanalından əldə etmək olar.
Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.