Hakan Fidan Azərbaycanla bağlı paylaşım edib

D5508396 1ea8 37a1 9235 d56f0578ce68 850.jpg

“Türkiyə sevincdə və kədərdə daima birlikdə olduğu Azərbaycanla bir millət, iki dövlətdir”.

Avtor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan tviterdə yazıb.

“Münasibətlərimizi daha da gücləndirən Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun!”, – o qeyd edib.

H.Fidan həmçinin 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.