Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilk tvitini atıb.
Nazir yeni açılan tviter səhifəsində paylaşım edib.
“Milli Kəşfiyyat Təşkilatı rəhbərliyi vəzifəsini qardaşım İbrahim Kalına təhvil verdim. XİN başçısı postunu bizə verən cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğana şükranlarımı təqdim edirəm. Köklü ənənəyə sahib olan Xariciyyə Təşkilatımızla milli xarici siyasət vizyonumuzu daha da inkişaf etdirəcəyik”, – o qeyd edib.





