Hakim iftar vaxtına görə oyunda müvəqqəti fasilə elan edib

682e0e79164978281921328117010382659.jpg

Futbol üzrə Almaniya çempionatının “Leypziq”-“Hoffenhaym” oyununda qısa fasilə verilib.

Hakimin matça qısa fasilə verməsində məqsəd isə meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakanın oruc açmasına şərait yaratmaq olub.

Qeyd edək ki, 21 yaşlı Məhəmməd Simakan qvineya kökənli fransızdır, müsəlmandır.

Məlumat üçün əlavə edək ki, sözügedən qarşılaşma “Leypziq” klubunun 3:0 hesablı qələbəsi ilə bitib.