Hakim rüşvətə görə saxlanıldı, bu cəza verildi

Hakim.jpg

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hakim icraatında olan mülki işdə tərəflərin birindən rüşvət almaqda ittiham edilir.

Binəqədi Rayon Məhkəməsi E.Məmmədovun nüfuzunu, bəlli yaşayış yerinin olmasını və digər nüansları əsaslı sayaraq onun haqda ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, hakimin saxlanılması haqda ilk məlumatı Gununsesi.com yayıb.