Hamımız proqramlaşdırma öyrənməliyik?

1722837624 Rr.jpg

Araz Əhmədov

İnformasiya Texnologiyaları üzrə sistem mühəndisi

Proqramlaşdırmanı öyrənmək müasir dövrdə vacib ola və müxtəlif sahələrdə üstünlüyü təmin edə bilər. Lakin hər kəsin proqramlaşdırma öyrənməsi, lazım olub-olmaması fərdi məqsəd və ehtiyaclardan asılıdır. Beləliklə:

Proqramlaşdırma öyrənməyin üstünlükləri

Problem həll etmə bacarıqları – proqramlaşdırma, analitik düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirir ki, kod yazarkən qarşılaşdığınız problemləri həll etmək üçün müxtəlif yanaşmalar insanı düşünməyə məcbur edir;
Yaradıcılıq və innovasiya – yeni proqramlar və tətbiqlər yaradaraq yaradıcılıq qabiliyyətini inkişaf etdirmək olar ki, məhz proqramlaşdırma, innovativ fikirləri həyata keçirmək üçün bir vasitədir;
Karyera imkanları – proqramlaşdırma bacarıqları müasir iş bazarında çox tələbatlıdır;
Əlçatanlıq – müxtəlif sahələrdə və müxtəlif platformalarda (mobil tətbiqlər, veb saytlar, oyunlar) proqram yazaraq müxtəlif növ problemləri həll etmək olar.
Hansı proqramlaşdırma dilini öyrənməyə başlaya bilərik?

“Python”- yeni başlayanlar üçün ideal bir dildir. Onun sintaksisi sadədir və çox geniş istifadə olunur ki, bunlara “web development”, “data science”, avtomatlaşdırma və s. digər sahələri misal göstərmək olar;
“Javascript” – veb səhifələrin interaktivlik və təhlükəsizliyini təmin etmək üçün “web development”-də çox geniş istifadə olunur;
“Java” – obyekt yönümlü proqramlaşdırmanın əsas prinsiplərini öyrənmək üçün yaxşı bir dildir;
“C#” – “Microsoft” tərəfindən hazırlanmış, “Microsoft”-un “.NET Framework” və “.NET Core” platformaları ilə sıx inteqrasiya olunmuş “C#”, xüsusilə “windows” əməliyyat sisteminə aid olan proqramlarda, eləcə də “Game Development”-də (Unity) istifadə olunur;
“C/C++” – bu dillər, əməliyyat sistemi proqramlaşdırmasında və yüksək peformanslı tətbiqlərin yaradılmasında istifadə olunur.

Proqramlaşdırma öyrənməyə necə başlamaq lazımdır?

İlk olaraq məqsəd təyin etmək lazımdır, yəni hansı məqsədlə proqramlaşdırmanı öyrənməni müəyyən etmək lazımdır;

“Online” resursları (Coursera, Udemy, edX, Codecademy kimi və s. platformalarda) əldə edərək öyrənməyə başlamaq olar;

Forumlar, qruplar və müzakirə plarformalarında (community) iştirak edərək digər proqramçılarla əlaqə qurmaq lazımdır ki, bu da yeni biliklər əldə etmək və suallara cavab tapmaq üçün kömək edəcək;

Kod yazaraq təcrübə qazanmaq məqsədilə açıq mənbə layihələrində iştirak etmək
Qeyd edim ki, proqramlaşdırma öyrənmək, həmçinin səbr və davamlılıq tələb edir. Başlanğıcda ilk olaraq asan görünə bilər, lakin getdikcə çətinliklərlə qarşılaşa bilərsiniz ki, hər sahədə olduğu kimi, bu sahədə də siz səbr və təmkinli olsanız, müəyyən müddətli təcrübə ilə daha bacarıqlı olduğunuzu və işin öhdəsindən asan gəldiyinizi müşahidə edə biləcəksiniz.