“Hamını Tunar məşhur edib”

255296 6yh1b97qls.jpg

“Hər kəsi sən məşhur etmisən. Bütün sənətçilərin hit mahnılarını Tunar yazıb”.

Bu sözləri müğənni Günel Zeynalova “Xəbər-ətər” verilişində deyib. Qardaşı Tunar Rəhmanoğlundan danışan sənətçi onun bəstələri sayəsində bir çox ifaçının məşhur olduğunu iddia edib.

Günel bayağı mahnılardan da söz açıb:

“İndi musiqi duyumumuz, zövqümüz dəyişib. Korlanıb. İnşallah, düzələr. Musiqiçilərlə oturub danışırıq ki, biz nə oxuyaq? Mənasız sözlərdən ibarət mahnı oxumalıyıq ki, tutsun? Bir dəfə təklif etdilər ki, sən də belə mahnı oxu? Cavab verdim ki, bəs 25 ilimi necə edim? Qoy, mən yox olacağamsa, yox olum. Partlayacağamsa da, partlayım”.