Hatayda növbəti ZƏLZƏLƏ

1679896158 untitled.jpg

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Samandağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.