Hava hücumu təhlükəsi səbəbindən Moskvanın hava limanları yenə bağlanıb

B1eb01a9 2753 4e19 8981 204f69031820 850.jpg

Moskvanın Vnukovo və Domodedovo hava limanlarında uçuş-eniş dayandırılıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hava limanlarının bağlandığı vaxt təyinat yerinə uçmağa hazırlaşan bəzi reyslər Şeremetyevo aeroportuna yönləndirilib.

Qeyd edək ki, Rusiya KİV-də Moskva, Kaluqa və Tula vilayətlərində partlayış səslərinin eşidildiyi bildirilib.