Hava limanları hansı səbəbə görə bağlandı?

07bba581165270861415217712810485028.jpg

İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
Paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.

Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.

İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan istifadə etməyi tövsiyə edib.