“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” – RƏSMİ AÇIQLAMA

Stock pexels 06779a3d28ad

“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb”.

Bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

“Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, – nazir müavini qeyd edib. (Qafqazinfo)