Bu ilin martında həbs edilən general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.
Bu barədə “Qafqazinfo”ya onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi olan N.Məmmədov dünən saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Onun ürək-damar sistemində problemlər olduğu bildirilir.





