Həftəsonu yol qəzalarında 8 nəfər ölüb, 4 nəfər yaralanıb

7d92c088162426324962812271510671127.jpg

Daxili İşlər Nazirliyi həftəsonu baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə 6 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb.