Ekspres AVM öz ilkləri ilə artıq yetəri qədər məşhurlaşmış bir platformadır.
Burada hər kəs özünün eMağazasını yarada bilir və birbaşa məhsullarını alıcılar ilə qovuşdurur.
Bundan öncə də Azərbaycanda heç vaxt olmayan, lakin arzulanan, elektron mağaza xidmətlərinin ilklərini istifadəçilərinə təqdim edən Ekspres AVM, bu dəfə Alıcılar üçün fırtına yaradacaq endirimlərə imza atdı.
Hər ayın ilk 5 günü Ekspres AVM-də hədiyyə üstünə hədiyyə kampaniyası keçiriləcəkdir. Kampaniyanın adı eÇarxdır.
eÇarx, alıcılara yüksək alış-veriş fürsəti verməklə yanaşı, mağazaları da elektron şəkildə satış etməyə sövq edir. Belə ki;
3₼, 5₼, 10₼, 20₼, 30₼ və 50₼ dəyərində endirim kuponları alıcılara açılmışdır. Bu kuponları əldə edən alıcılar, əldə etdikləri kuponun ən az özü qədərlik alış-veriş etmələri lazım gəlir. Bu da o deməkdir ki, 50₼ dəyərində kupon qazanan yarışmaçı 100₼ dəyərində və daha baha bir məhsul alarsa Ekspres AVM onun 50₼-nı alıcıya hədiyyə etmiş olur.
Əlavə olaraq, Sürprizlər, Endirim faizləri, iPhone 13 Pro Max və daha çox kuponlar eÇarxı döndərənləri gözləyir.
Üstəlik, yuxarıdakıların hər hansısa birini əldə edən (qeydiyyatlı) alıcı, alış-verişi tamamladıqdan sonra birbaşa 1% dəyərində Keşbek qazanmış olur.
Təkrarlamaq istərdik ki, bu hər ayın ilk 5 günü keçiriləcəkdir və hər kəs eÇarxı döndərə bilər.



