Həsən Nəsrullahı buna görə gizli dəfn etdilər

Nasrl.jpg

Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

Bu barədə “Sky News Arabia” və “Agence France-Presse”in məlumatında deyilir.

Bildirilib ki, bu qərar dəfn mərasiminin İsrail hava hücumunun hədəfinə çevrilə biləcəyi təhlükəsi səbəbindən verilib.

“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yarananadək müvəqqəti olaraq gizli şəkildə və gizli yerdə dəfn edilib”, – deyə məlumatlarda qeyd olunub.