Hikmət Hacıyev səfirlərlə GÖRÜŞDÜ

1682624961 644ace9c8bc23644ace9c8bc241682624156644ace9c8bc1e644ace9c8bc21.jpg

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.

Bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin “Twitter” səhifəsində paylaşım edilib.

Bildirilib ki, görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.