Hikmət Hacıyevdən Simonyana cavab: Buna son qoyulmalıdır!

1690465025 1661968024 b0e375ba 1d00 40ec be82 aeca890bb583 850.jpg

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

H.Hacıyev bu barədə “Twitter” hesabında yazıb.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, – Prezidentin köməkçisi Simonyana cavabında deyib.