Hindistan əhali sayına görə Çini KEÇDİ

1681765984 population 1 1351639018 1566697086.jpg

Hindistan əhali sayına görə Çini keçib.

Bunu “World Population Review” təşkilatının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 22:14-də Hindistanın əhalisi 1 milyard 425 milyon 943 min 916 nəfər, Çinin əhalisi 1 milyard 425 milyon 743 min 834 nəfər olub.

Saytda Hindistan üçün rəqəmlər daha sürətli dəyişir.

Qeyd edək ki, 2022-ci ildə Çin dünyada əhali sayına görə birinci yerdə olub. Onun əhalisi 2022-ci ilin sonunda 1 milyard 425 milyon 887 min 337 nəfər, Hindistanda isə 1 milyard 417 milyon 173 min 173 nəfər olub.