Hindistanda divarın uçması nəticəsində 9 nəfər ölüb

D073bb8d166330486889928084810925232.jpg

Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Lakhnau şəhərində evin divarının uçması nəticəsində doqquz nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.

Bu barədə “NDTV” məlumat yayıb.

Qeyd olunub ki, divarın uçmasına səbəb şəhərdə davam edən güclü musson yağışlarıdır. Artıq bir gündür davam edən yağışlar şəhər əhalisinin həyatını iflic edib.

Xəstəxanaya aparılan yaralılara tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur.