Hindistanda məbəd faciəsində qurbanların sayı kəskin artdı

FotoJet 2023 03 31T091447.845.jpg

Hindistanın Madhya-Pradeş ştatının İndore şəhərində məbədin çökməsi nəticəsində ölənlərin sayı artaraq 35-ə çatıb, bir nəfər isə itkin düşmüş hesab edilir.

Daha əvvəl isə səkkiz nəfərin ölməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, ötən gün məbəddə altı quyu olan hissə ağırlıqdan üzərindəki insanlarla birgə çöküb.