Hindistanın yeni prezidenti seçilib

48e95c45165846357465813476010199483.jpg

Hindistanda keçirilən prezident seçkilərində hakim Milli Demokratik Alyansın namizədi Draupadi Murmu qalib gəlib.

Avtor.az “Indian Express”ə istinadən xəbər verir ki, D.Murmu səslərin 64%-dən çoxunu (676,803) toplayaraq rəqibi Yaşvant Sinh (380,177 səs) üzərində qalib gəlib.

O, Hindistan prezidenti vəzifəsinə keçən ikinci qadın oldu. 2015-ci ildə D.Murmu beş il müddətinə Jharkhand ştatı qubernatoru seçilib.