Hövsanda moped avtomobillə toqquşub, ölən var

Cdfa4c42162641639982875379611119651.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 28-də saat 14 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində K.Babayevin idarə etdiyi “KİA” markalı avtomobil və Eldar Məmmədovun idarə etdiyi moped toqquşub. Nəticədə E.Məmmədov hadisə yerində ölüb.
Suraxanı RPİ-də araşdırma aparılır.