Zlatan İbrahimoviç daha 1 mövsüm “Milan”da oynayacaq.
40 yaşlı hücumçu bir müddət düşündükdən sonra hazırkı klubu ilə bu yay başa çatacaq müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzatmaq qərarı verib.
Qeyd edək ki, isveçli futbolçu bu mövsüm tez-tez zədə alıb. Buna baxmayaraq, o, 19 oyunda meydana çıxıb (1068 dəqiqə), 8 qol vurub və 2 qolun ötürməsini edib.




