İctimai xadim və xeyriyyəçi Nuranə Şixəliyevanın doğum günüdür

Nuranexanim.jpg

Bu gün “Əsgərə Xatirə” layihəsinin rəhbəri, ictimai xadim və xeyriyyəçi Nuranə Şixəliyevanın doğum günüdür.

Nuranə Xanoğlan qızı Şixəliyeva 13 noyabr 1983-cü ildə Göyçay rayonunda anadan olub.

1990-ci ildə Sabirabad rayonunda I sinfi bitirib, atası mərhum Xanoğlan Şixəliyevin xidməti işi ilə əlaqədər olaraq müxtəlif rayonlarda orta məktəb təhsilini davam etdirib. Son olaraq 1999-cu ildə Bakı şəhərində 160 saylı məktəbin məzunu olaraq, Azərbaycan Dillər Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra təyinatla Sabirabad rayonunda müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 2005-ci ildən Bakı şəhəri Nərimanov rayonunda yerləşən 66 saylı Tərəqqi liseyində ixtisası üzrə müəllim, fənn metodbirləşmə sədri, uşaq birliyinin rəhbəri, YAP-nın lisey üzrə təşkilatının sədri müavini kimi fəaliyyət göstərib. Həmin dövrdə həm də Azərbaycan Beynəlxalq Universitetində saat hesabı ilə ingilis dili müəllimi kimi çalışıb. 2008-ci ildə Xətai rayonu Heydər Əliyev adına liseydə Təlim-tərbiyə və təşkilatı işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib, 25.01. 2017-ci il tarixdən H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Eyni zamanda Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatı İdarə Heyətinin və Qadınlar Şurasının üzvüdür, Qızıl Aypara Cəmiyyətinin rayon təmsilçisi və donurudur, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prizidentidir, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəridir, Təhsil Nazirliyinin həyata kecirdiyi İlin müəllimi müsabiqəsinin qalibi olub.Təhsil Nazirliyinin göndərişi ilə istedadlı şagirdlərdən təşkil olunmuş qruplarla 3 dəfə Böyük Britaniyada, 1 dəfə Norvegiyada, 3 dəfə Litvada, 11 dəfə Rusiyada, 2 dəfə Ukranyada, 7 dəfə Türkiyədə tədrisin müxtəlif istiqamətlərində keçirilən tədbirlərdə, kurs və seminarlarda iştirak edib. Müəllim heyətinin bir qrup hissəsi ilə müxtəlif illərdə qrup rəhbəri olaraq, Qlobal Karier İnstitunun həyata keçirdiyi “Kurikulum və Öyrətmə Texnologiyalarının yeni istiqaməti”, “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü humanist yanaşmanın əsasları”, “İdarəetmə strukturu” mövzularını dinləyib sertifikatlar almış, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinin müəllimlər arasında elan etdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı yazı müsabiqəsində qaliblərdən olaraq diplom və hədiyyə ilə təltif olunmuşdu. Müxtəlif paytaxt və bölgə olaraq ictimai tədbirlərin iştirakçısı olaraq diplom, sertifikat, təşəkkürnamə, fəxri fərmanlara layiq görülüb. Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən həayata keçirilən “Ölkəmizi tanıyaq” layihəsində ölkə koordinatoru, rayonlara nəzarətçi rəhbər olaraq iştirak edib. Bir çox elmi-metodik məqalələrim müəllifidir. 2015-ci ildə “Qabaqçıl təhsil işçisi” döş nışanına, 2017-ci ildə “Qızıl Qələm” media mükafatına, 2018-ci ildə Qarabağ Muharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis edilmiş “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.