Mayın 16-dan indiyədək Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olam Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 16-dan bəri ümumilikdə 959 silahlının təslim olduğunu, onlardaт 80 nəfərinin yaralı olduğunu söyləyib.
Rusiya MN sözçüsü yaralılardan xəstəxanada müalicəyə ehtiyacı olan 51 nəfərin Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirildiyini qeyd edib.

