İlham Əliyev Berlində kimlərlə görüşəcək – Səfər gündəliyi

1678772473 1678707132 f570a0d7fb38e5d34a62eae4378ebdfc.jpg

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Almaniyaya səfərə gedib. Dövlət başçısı səfərin ilk günündə Berlində almaniyalı iş adamları ilə görüş keçirib. Səfər proqramına əsasən bu gün rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Almaniya hökuməti səfərlə bağlı rəsmi məlumat yayıb.

Bildirilir ki, bu gün Prezident İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Görüş zamanı ikitərəfli əlaqələr, iqtisadi və enerji siyasəti, o cümlədən beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Məlumata görə, Berlin vaxtı ilə saat 14:00-da birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Almaniya Prezidentinin saytında isə qeyd olunub ki, bu gün saat 10:30-da Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmerlə görüş keçirəcək.